Xəbərlər
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının müvafiq İşçi qrupunun iclası keçirilmişdir
2025-ci il 1 sentyabr tarixində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının müvafiq İşçi qrupunun iclası keçirilmişdir.
İclasda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının üzvü Saməddin Əsədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının üzvü Fərid Zeynalov, həmçinin digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri iştirak etmişdir.
İclas zamanı “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının fəaliyyətinin gücləndirilməsi ilə bağlı inkişaf Konsepsiyası” layihəsi və digər əlaqəli sənədlər müzakirə edilmiş, aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəy və təklifləri dinlənilmişdir.
Həmçinin görüşdə informasiya təhlükəsizliyinin təmin edilməsinin effektivliyinin artırılması üçün atılmalı olan zəruri addımlar istiqamətində geniş müzakirələr aparılmışdır.
05-09-2025 04:00