Xəbərlər

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının İşçi qrupunun 3 noyabr 2026-cı il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında əyani formatda iclası keçirilmişdir.

İnformasiya Təhlükəs...

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının İşçi qrupunun 3 noyabr 2026-cı il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında əyani formatda iclası keçirilmişdir.


İnternet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü surətdə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsi üzrə İşçi Qrupun iclasında Azərbaycan Respublikası Media və Yayım Şurası cəlb edilməklə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin, İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişdir.


İclas zamanı İşçi qrupun fəaliyyətinin hüquqi və institusional əsaslarının müəyyən edilməsi, habelə beynəlxalq təcrübənin öyrənilməsi ilə internet informasiya məkanında dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısının alınması və dövlətin informasiya təhlükəsizliyinin qorunması üçün media ilə əlaqəli fəaliyyətin təşkili istiqamətində aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın və operativ fəaliyyət mexanizmlərinin yaradılması məsələləri nəzərdən keçirilmişdir.


Həmçinin internet məkanında dezinformasiya xarakterli məlumatların monitorinqi və təhlil üçün mövcud texniki imkanların qiymətləndirilməsi, aşkarlanmış faktlar üzrə hüquqi qiymətləndirmə  və müvafiq tədbirlərin görülməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

03-11-2026 11:00