Xəbərlər

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının fəaliyyətinin təşkili ilə bağlı İşçi qrupunun 29 oktyabr 2026-cı il tarixində növbəti iclası keçirilmişdir.

İnformasiya Təhlükəs...

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının fəaliyyətinin təşkili ilə bağlı İşçi qrupunun 29 oktyabr 2026-cı il tarixində növbəti iclası keçirilmişdir.


İclasda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri, milli internet operatoru, internet provayderləri və aidiyyəti qurum nümayəndələri iştirak etmişdir.

İclas zamanı internet xidmət provayderləri (ISP) ilə qarşılıqlı əməkdaşlıq mexanizmlərinin və dövlət informasiya resurslarının kiberhücumlara qarşı dayanıqlılığının və fasiləsiz fəaliyyətinin təmin edilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilmiş, aidiyyəti dövlət orqanlarının (qurumlarının) və aidiyyəti mütəxəssislərin rəy və təklifləri dinlənilmişdir.

Həmçinin görüşdə informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin edilməsinin effektivliyinin artırılması üçün atılmalı olan zəruri addımlar istiqamətində geniş müzakirələr aparılmışdır. 

29-10-2026 02:00