Xəbərlər

Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-2027-ci illər Strategiyasının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 2023-2024-cü illər üzrə icra vəziyyətinin monitorinq hesabatı

Azərbaycan Respublik...

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda (bundan sonra – Strategiya) nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinə dair Hesabat 28 avqust 2025-ci il tarixində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Hesabat, ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində atılan addımların effektivliyini qiymətləndirməyə imkan verir.


Strategiya dövlətin, cəmiyyətin və insanların müasir informasiya-kommunikasiya texnologiyalarından təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir.


Strategiya çərçivəsində Azərbaycanda informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmini məqsədilə 9 prioritet istiqamət üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün, konkret addımları əks etdirən, 56 tədbir müəyyənləşdirilmişdir. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən 2023-2024-cü illər üzrə aparılan monitorinq nəticələri aşağıdakı kimidir:


  • Ümumi icra göstəricisi: 66,5%

  • Prioritet istiqamətlər üzrə göstəricilər:

    • 1-ci prioritet (Təhdidlərin müəyyənləşdirilməsi və risklərin idarə edilməsi): 83%

    • 2-ci prioritet (İnformasiya təhlükəsizliyi hadisələrinin aşkarlanması tədbirlərinin və mühafizə texnologiyalarının gücləndirilməsi): 74%

    • 3-cü prioritet (İnformasiya məkanının informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsinin yüksəldilməsi): 40%

    • 4-cü prioritet (Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi): 83%

    • 5-ci prioritet (Kibercinayətkarlığa qarşı mübarizə, o cümlədən kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi): 64%

    • 6-cı prioritet (İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində potensialın gücləndirilməsi, institusional bazanın inkişaf etdirilməsi): 72%

    • 7-ci prioritet (İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində normativ bazanın təkmilləşdirilməsi): 100%

    • 8-ci prioritet (İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsi): 70%

    • 9-cu prioritet (İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə ölkədaxili və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi): 46%


Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
2023-2024-cü illər monitorinq hesabatı

26-09-2025 05:00