Tədbirlər planı
“AZƏRBAYCAN RESPUBLİKASININ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ VƏ KİBERTƏHLÜKƏSİZLİYƏ DAİR
2023 – 2027-Cİ İLLƏR ÜÇÜN STRATEGİYASI”NIN HƏYATA KEÇİRİLMƏSİ İLƏ BAĞLI
TƏDBİRLƏR PLANI
Tədbirlər |
Əsas icraçı orqan (qurum) |
Digər icraçılar |
İcra müddəti |
Nəticə indikatorları |
||
ilkin nəticələr |
aralıq nəticələr |
yekun nəticələr |
||||
8.1. Prioritet 1. Təhdidlərin müəyyənləşdirilməsi və risklərin idarə edilməsi |
||||||
8.1.1. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılmasının və aparılmasının təşkili |
|
|
|
|
|
|
8.1.1.1. İnformasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin kateqoriyalarını müəyyən etmək və təsnifatlaşdırmaq |
XRİTDX |
DTX, RİNN, DİN, MN |
2023-2024 |
Təhdidlərin analiz olunması |
Kateqoriyaların təyin olunması |
Təhdidlərin təsnifatlaşdırılması |
8.1.1.2. İnformasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması fəaliyyətinin səmərəli təşkili məqsədilə informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydasını müəyyən etmək |
NK |
XRİTDX, RİNN,DTX |
2023-2024 |
İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydasının hazırlanması |
İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydasının razılaşdırılması |
İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydasının təsdiq edilməsi |
8.1.1.3. İnformasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidlərin və risklərin əvvəlcədən müəyyən edilməsi və görülməli tədbirləri proqnozlaşdırmaq məqsədilə süni intellekt əsaslı həllərin işlənib hazırlanmasını və tətbiqini təşkil etmək |
XRİTDX |
DTX, RİNN, ETN |
2023-2027 |
Sahə üzrə müasir texnologiya və həllərin tədqiq edilməsi |
Tətbiq sahələrinin öyrənilməsi |
Süni intellekt əsaslı həllərin işlənib hazırlanması və tətbiq edilməsi |
8.1.2. İnformasiya təcavüzünə və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərin (bu bənd üzrə bundan sonra – müvafiq sahələrə aid təhdidlər) qarşısını ala bilən müasir texnologiyaların (o cümlədən süni intellektə əsaslanan texnologiyaların) hazırlanması ilə bağlı fəaliyyətin gücləndirilməsi |
|
|
|
|
|
|
8.1.2.1. Müvafiq sahələrə aid təhdidlərdə istifadəsi ehtimal olunan, belə təhdidlərin qarşısını ala bilən müasir texnologiyaların (xüsusən süni intellekt, qeyri-səlis məntiq və s.) hazırlanmasını, tədqiq və tədris olunmasını, təlimlərin keçirilməsini təşkil etmək |
XRİTDX |
RİNN, DTX, DİN, MdN |
müntəzəm |
Müvafiq sahə üzrə müasir texnologiya və həllərin tədqiqi |
Tətbiq sahələrinin öyrənilməsi |
Müasir texnologiyaların hazırlanması, tədqiq və tədris olunması, təlimlərin keçirilməsi |
8.1.2.2. Kiberməkanda informasiya-psixoloji ekspansiyaların, radikal dini təşkilatların fərdi və ictimai təfəkkürə destruktiv informasiya təsirlərinin qarşısının alınması və qabaqlayıcı tədbirlər üzrə hüquqi, təşkilati və texnoloji mexanizmlərin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi üçün təkliflər vermək və tətbiqini təşkil etmək |
DTX |
DİN, RİNN |
mütəmadi |
Müvafiq sahə üzrə müasir texnologiya və həllərin tədqiqi |
Praktik adaptasiya imkanlarının araşdırılması |
Müasir texnologiyalar vasitəsilə təkmilləşdirilmiş mexanizmlərin tətbiqi ilə bağlı tədbirlər görülməsi |
8.2. Prioritet 2. İnformasiya təhlükəsizliyi hadisələrinin aşkarlanması tədbirlərinin və mühafizə texnologiyalarının gücləndirilməsi |
||||||
8.2.1. İnformasiya təhlükəsizliyi hadisələrinin monitorinqinin, insidentləri və kritik halları aşkarlama meyarlarının müəyyən edilməsi və tətbiqinin təmin olunması |
|
|
|
|
|
|
8.2.1.1. İnformasiya təhlükəsizliyi hadisələrinin monitorinqi üçün insidentləri və kritik halları aşkarlama, ölçmə meyarlarını və indikatorlarını müəyyən etmək |
RİNN |
DTX, XRİTDX, DİN, MN, ETN, VXSİDA |
2023-2024 |
Sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi |
Yerli ekosistemə uyğun təcrübənin tətbiqi imkanlarının araşdırılması |
Aşkarlama, ölçmə meyarları və indikatorlarının müəyyən edilməsi |
8.2.1.2. Kritik informasiya infrastrukturlarında informasiya təhlükəsizliyi üzrə əməliyyat mərkəzləri üçün fəaliyyətin təşkili üzrə metodiki sənədləri hazırlamaq, informasiya təhlükəsizliyi hadisələrinin monitorinqinə dair xidmətlərin tətbiqinə, informasiya təhlükəsizliyi üzrə əməliyyat mərkəzinin (informasiya təhlükəsizliyi struktur vahidinin) formalaşdırılmasına təşkilati dəstək vermək |
DTX |
XRİTDX |
müntəzəm |
Aşkar edilən insidentlərin kateqoriyalar üzrə analiz edilməsi |
Fəaliyyətin təşkili üzrə metodiki sənədlərə dair meyarların müəyyənləşdirilməsi |
Fəaliyyətin təşkili üzrə metodiki sənədlərin hazırlanması və informasiya təhlükəsizliyi hadisələrinin monitorinqinə dair xidmətlərin tətbiqinə və müvafiq informasiya təhlükəsizliyi struktur vahidinin formalaşdırılmasına təşkilati dəstək verilməsi |
8.2.1.3. Milli CERT-in potensialının gücləndirilməsi üçün tədbirlər görmək, bununla əlaqədar təhlükəsizlik üzrə əməliyyat mərkəzinin yaradılmasını təmin etmək |
RİNN |
XRİTDX, DTX, DİN, MN |
2023-2025 |
Milli CERT-in fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik üzrə əməliyyat mərkəzi üçün texniki imkanların və tələblərin müəyyənləşdirilməsi |
Təhlükəsizlik üzrə əməliyyat mərkəzinin fəaliyyəti üçün təşkilati tədbirlər görülməsi |
Təhlükəsizlik üzrə əməliyyat mərkəzinin yaradılması və fəaliyyətə başlaması |
8.2.1.4. Milli CERT və digər CERT-lər arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək və tətbiqinə dəstək vermək |
RİNN |
XRİTDX, DTX |
2023-2024 |
Qabaqcıl təcrübənin öyrənilməsi |
Vahid məlumatlandırma mexanizminin müəyyənləşdirilməsi |
Vahid məlumatlandırma mexanizminin tətbiqi |
8.2.2. İnformasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələri üzrə təminatının təkmilləşdirilməsi və bu sahədə yerli istehsalçıların inkişafına dəstək verilməsi |
|
|
|
|
|
|
8.2.2.1. İnformasiya mühafizəsi təminatının təkmilləşdirilməsi və bu sahədə yerli istehsalçıların inkişafına dəstək verilməsi məqsədilə informasiya mühafizəsi vasitələrinin təchizatı və istehsalı ilə bağlı prioritet fəaliyyət sahələrini müəyyən etmək |
İN |
XRİTDX, RİNN, DTX |
mütəmadi |
Ehtiyac meyarlarının müəyyənləşdirilməsi |
Prioritet sahələrin müəyyənləşdirilməsi |
İnformasiya mühafizəsi təminatının təkmilləşdirilməsi və bu sahədə yerli istehsalçıların inkişafına dəstək verilməsi |
8.2.2.2. İnformasiya mühafizəsi vasitələrinin yerli istehsalçılarının stimullaşdırılması məqsədilə təkliflər hazırlamaq |
NK |
İN, XRİTDX, RİNN, DTX |
mütəmadi |
Ehtiyac sahələrinin müəyyənləşdirilməsi |
Prioritet sahələrin seçilməsi |
Seçilmiş prioritet sahələr üzrə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlanması |
8.2.2.3. İnformasiya mühafizəsi vasitələri istehsalının, milli rəqəmsal iqtisadiyyatın, xüsusilə proqram mühəndisliyinin inkişafına təşkilati və elmi dəstək vermək |
DTX |
ETN, XRİTDX, RİNN, ASK |
mütəmadi |
Ehtiyac sahələrinin müəyyənləşdirilməsi |
Prioritet sahələrin seçilməsi |
Layihələrin həyata keçirilməsinə təşkilati və elmi dəstək verilməsi |
8.2.2.4. İnformasiya mühafizəsi sahəsində yerli istehsalın inkişafı məqsədilə kriptoqrafik mühafizə sahəsində milli resursların hazırlanması üçün tədbirlər görmək |
DTX |
XRİTDX, AMEA |
2023-2024 |
Ehtiyac sahələrinin müəyyənləşdirilməsi |
Sahə üzrə qabaqcıl təcrübələrin öyrənilməsi |
Müvafiq sahədə milli resursların hazırlanması |
8.2.3. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində startapların fəaliyyətinin genişləndirilməsi |
|
|
|
|
|
|
8.2.3.1. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində innovativ həllərin tətbiqinin və startapların fəaliyyətinin təşviqi, yeni məhsulların və xidmətlərin yaradılmasına, işlənilməsinə və bazara çıxarılmasına dəstək vermək |
RİNN |
İN, ETN, XKX, DTX, VXSİDA |
mütəmadi |
Startapların fəaliyyətinin təşviqi üçün təkliflər hazırlanması, dəstək imkanları və vasitələrinin müəyyən olunması |
Akselarasiya proqramlarının işlənilməsi,dəstək imkanları və vasitələrinin açıqlanması |
Təklif və proqramların həyata keçirilməsi, seçilmiş həll və startap fəaliyyətinin dəstəklənməsi |
8.2.3.2. İnformasiya təhlükəsizliyi üzrə texnologiyaların hazırlanması, həmçinin istehsalı üçün vergi və digər icbari ödənişlərə dair güzəştlərin müəyyən edilməsi ilə bağlı təkliflər vermək |
NK |
İN, RİNN, DGK, ƏƏSMN, ƏN |
2024 |
Beynəlxalq təcrübənin öyrənilməsi |
Müvafiq fəaliyyət üzrə vergi və digər icbari ödənişlərlə əlaqədar güzəştlərin müəyyən edilməsi ilə bağlı təkliflərin hazırlanması |
Müvafiq fəaliyyət üzrə vergi və digər icbari ödənişlərlə əlaqədar güzəştlərin müəyyən edilməsi ilə bağlı təkliflərin təqdim olunması |
8.3. Prioritet 3. İnformasiya məkanının informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsinin yüksəldilməsi |
||||||
8.3.1. İKT xidmət subyektlərində fəaliyyətin təkmilləşdirilməsi |
|
|
|
|
|
|
8.3.1.1. İnformasiya xidməti, elektron xidmət və texniki xidmət subyektlərində və onların fəaliyyəti üzrə müvafiq obyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi fəaliyyətinin standartlara və qabaqcıl təcrübəyə uyğun formalaşdırılmasını təşviq etmək |
RİNN |
XRİTDX, İN, ASİ, VXSİDA |
müntəzəm |
Müvafiq sahə üzrə standartların və qabaqcıl təcrübənin öyrənilməsi |
Təşviqat materiallarının hazırlanması və təşviqat işlərinin həyata keçirilməsi |
Müvafiq təlimlər keçirilməsi |
8.3.1.2. İnformasiya məkanının və onun ayrı-ayrı seqmentlərinin, xüsusən də fərdi məlumatlar üzrə seqmentinin informasiya təhlükəsizliyinin təmin olunma səviyyəsinin ölçülməsinə, qiymətləndirilməsinə və təhlilinə aid mexanizmlər hazırlamaq və tətbiq etmək |
RİNN |
XRİTDX, VXSİDA, DTX |
müntəzəm |
Müvafiq sahədə informasiya təhlükəsizliyinin təmin olunma səviyyəsinin mövcud vəziyyətinin öyrənilməsi |
İnformasiya təhlükəsizliyinin ölçülməsinə, qiymətləndirilməsinə və təhlilinə aid mexanizmlərin hazırlanması |
Müvafiq qiymətləndirmələrin və təhlillərin səmərəli mexanizmlər əsasında həyata keçirilməsi |
8.3.2. “Ağıllı” sistemlərin təhlükəsizliyinin təkmilləşdirilməsi |
|
|
|
|
|
|
8.3.2.1. “Ağıllı” sistemlərin (dronlar, pilotsuz aparatlar, humanoidlər, robotlar və s.) yaradılmasına, tətbiqinə və utilizasiyasına aid təhlükəsizlik tələblərini müəyyən etmək |
RİNN |
XRİTDX, DTX, ETN |
2023 – 2025 |
Sahə üzrə qabaqcıl təcrübənin öyrənilməsi |
Məsələ ilə əlaqədar təkliflərin hazırlanması |
Təhlükəsizlik tələblərinin müəyyən edilməsi |
8.3.2.2. “Ağıllı” sistemlərin yaradılmasına, tətbiqinə və utilizasiyasına aid elmi, texnoloji, hüquqi və s. məsələlərin kompleks həlli üçün təkliflər vermək |
RİNN |
XRİTDX, DTX, ETN |
2024 – 2027 |
Sahə üzrə qabaqcıl təcrübənin öyrənilməsi |
Müxtəlif həllərin tətbiqi imkanlarının tədqiqi |
“Ağıllı” sistemlərin yaradılması, tətbiqi və utilizasiyası üzrə fəaliyyətin səmərəli təşkilinin təmin edilməsi |
8.3.3. Mediada, o cümlədən milli rəqəmsal efir məkanında informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin davamlı təkmilləşdirilməsi |
|
|
|
|
|
|
8.3.3.1. Milli rəqəmsal efir məkanının (simsiz şəbəkə və yeni nəsil rabitə texnologiyaları və s.) kibertəhlükəsizliyinə təşkilati və texnoloji dəstək vermək |
RİNN |
AŞ, ETN, DTX, XRİTDX |
mütəmadi |
Sahə üzrə qabaqcıl təcrübənin öyrənilməsi |
Rəqəmsal efir məkanına təhdidlərin qiymətləndirilməsi |
Milli rəqəmsal efir məkanının kibertəhlükəsizliyinin gücləndirilməsi |
8.3.3.2. Audiovizual və onlayn media vasitələrinin informasiya təhlükəsizliyinə təşkilati və texnoloji dəstək vermək |
RİNN |
AŞ, ETN, DTX, XRİTDX |
mütəmadi |
Sahə üzrə qabaqcıl təcrübənin öyrənilməsi |
Təhdidlərin qiymətləndirilməsi |
Audiovizual və onlayn media vasitələrinin informasiya təhlükəsizliyinin gücləndirilməsi |
8.3.3.3. Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələblərini müəyyən etmək və onların icrasına nəzarət mexanizmlərini yaratmaq |
RİNN |
AŞ, ETN, DTX, XRİTDX |
2023 |
Sahə üzrə qabaqcıl təcrübənin öyrənilməsi |
Tələblərin müəyyənləşdirilməsi |
Tələblərin icrasına nəzarət mexanizminin yaradılması |
8.4. Prioritet 4. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi |
||||||
8.4.1. Fövqəladə hallarda, müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyini, kritik informasiya infrastrukturlarının idarə olunmasını təmin etmək üçün təşkilati əsasların yaradılması, risklərin qiymətləndirilməsi və idarə olunması planının hazırlanması |
DTX |
XRİTDX |
2024-2025 |
Risklərin reyestrdə toplanmasının təmin edilməsi |
Qiymətləndirmənin aparılması |
Risklərin idarə olunması üzrə planın hazırlanması |
8.4.2. Kritik informasiya infrastrukturlarının insidentlər zamanı bərpa planlarının hazırlanması |
DTX |
XRİTDX, İnfrastruktur subyektləri |
mütəmadi |
Təhdidlər və risklərin qiymətləndirilməsi |
Müvafiq bərpa planlarının hazırlanmasının təşkil olunması |
Bərpa planlarının hazırlanması və təsdiq edilməsi |
8.5. Prioritet 5. Kibercinayətkarlığa qarşı mübarizə, o cümlədən kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi |
||||||
8.5.1. “Kibercinayətlər” elektron informasiya sistemini formalaşdırmaq və bu sistemə səlahiyyətli qurumların çıxışının təmin edilməsi ilə bağlı təkliflər hazırlamaq |
NK |
DİN, DTX, BP (tövsiyə olunur), XRİTDX, RİNN, VXSİDA |
2023-2024 |
İnformasiya sisteminin operatorunun müəyyən olunması, texniki şərtin hazırlanmsı |
İnformasiya sisteminin texniki şərti və səlahiyyətlərin müvafiq qurumlarla razılaşdırılması |
Sistemin operatoru tərəfindən sistemin yaradılması və fəaliyyətinin təşkili |
8.5.2. Kibercinayətkarlıq və ona qarşı mübarizə sahəsində müvafiq ölçmə mexanizmlərini formalaşdırmaq və bu sahədə mütəmadi qiymətləndirməni həyata keçirmək |
DTX |
DİN, XRİTDX, BP (tövsiyə olunur), ƏN |
mütəmadi |
Sahə üzrə qabaqcıl təcrübənin öyrənilməsi |
Ölçmə mexanizmlərinin formalaşdırılması |
Qiymətləndirmənin aparılması |
8.5.3. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində cinayətlərin aşkarlanması, sübutların toplanılması, cinayət işlərinin istintaqının aparılması üçün texniki imkanların genişləndirilməsini təşkil etmək |
DTX |
DİN, XRİTDX, BP (tövsiyə olunur), ƏN |
mütəmadi |
Sahə üzrə qabaqcıl təcrübənin öyrənilməsi |
Texniki imkanların tədqiqi və araşdırılması |
Texniki imkanların genişləndirilməsi |
8.5.4. Hüquq mühafizə orqanlarının aidiyyəti əməkdaşları, mütəxəssisləri üçün kibercinayətlərin aşkar olunması və istintaqı üzrə təlimlərin keçirilməsini təşkil etmək |
DTX |
DİN, BP (tövsiyə olunur), ƏN, XRİTDX |
mütəmadi |
Sahə üzrə qabaqcıl təcrübənin öyrənilməsi |
Təlimçilər üçün təlimlərin təşkil edilməsi |
Təlimçilər vasitəsilə davamlı təlimlər keçirilməsi |
8.5.5. Hüquq mühafizə orqanları ilə informasiya sistemlərinin operatorları, telekommunikasiya operatorları və provayderlər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək |
RİNN |
DİN, DTX, BP (tövsiyə olunur), XRİTDX |
mütəmadi |
Hüquq mühafizə orqanları ilə əməkdaşlığa ehtiyacı olan informasiya sistemləri operatorlarının, telekommunikasiya operatorlarının və provayderlərin müəyyənləşdirilməsi |
Sahə üzrə əlaqədar cavabdeh şəxslərin müəyyənləşdirilməsi |
Əməkdaşlıq və koordinasiyanın təmin edilməsi |
8.6. Prioritet 6. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində potensialın gücləndirilməsi, institusional bazanın inkişaf etdirilməsi |
||||||
8.6.1. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində elmi tədqiqat və layihə-təcrübə işlərinin aparılmasına təşkilati dəstək verilməsi |
|
|
|
|
|
|
8.6.1.1. İnformasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin edilməsi üçün tələbat olan sahələrdə yeni laboratoriyaların yaradılmasına, mövcud olanların təkmilləşdirilməsinə təşkilati dəstək vermək |
XRİTDX |
ETN, RİNN, DTX |
mütəmadi |
Prioritet olan sahələrin müəyyənləşdirilməsi |
Müvafiq sahələrdə yeni laboratoriyaların yaradılması, mövcud olanların təkmilləşdirilməsi üzrə ehtiyacların qiymətləndirilməsi |
Yeni laboratoriyaların yaradılması və mövcud olanların təkmilləşdirilməsi |
8.6.1.2. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində elmi tədqiqat və layihə-təcrübə işləri sırasından prioritet mövzuların tətbiqi üçün seçilməsini təşkil etmək |
ETN |
RİNN, XRİTDX, DTX |
mütəmadi |
Prioritet mövzuların müəyyənləşdirilməsi |
Həmin mövzular üzrə elmi tədqiqat və layihətəcrübə işlərinin keyfiyyətinin artırılması |
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində potensialın gücləndirilməsi |
8.6.1.3. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində xarici ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsinə, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsinə, beynəlxalq seminar və konfranslarda iştirakın təmin edilməsinə təşkilati dəstək vermək |
ETN |
DTX, XİN, XRİTDX, RİNN |
mütəmadi |
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində xarici ölkələrin qabaqcıl elmi mərkəzlərinin müəyyənləşdirilməsi |
Birgə elmi tədqiqat layihələrinə başlanılması |
Müvafiq sahədə xarici ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi |
8.6.1.4. Kriptoqrafiyanın əsaslarının dərindən öyrənilməsini, bu sahədə elmi tədqiqatların aparılmasını, milli kriptoqrafik alqoritmin tətbiq olunduğu informasiyanın kriptoqrafik mühafizə vasitələrinin layihələndirilməsini və təkmilləşdirilməsini təmin edəcək yüksəkixtisaslı kadrların və səriştəli mütəxəssislərin hazırlanmasını təşkil etmək |
DTX |
XRİTDX, ETN |
2023-2024 |
Sahə üzrə siyasət və prioritetlərin müəyyənləşdirilməsi |
Fəaliyyət planının hazırlanması |
Yüksəkixtisaslı və səriştəli mütəxəssislərin hazırlanması |
8.6.2. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə fəaliyyət üçün kompetensiya (bilik, bacarıq və səriştə) tələbatları, tədris və təlim proqramları, maarifləndirmə materialları bazasının formalaşdırılması və aktuallığının davamlı təmin olunması |
|
|
|
|
|
|
8.6.2.1. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə fəaliyyət üçün zəruri olan kompetensiyalara (bilik, bacarıq və səriştə) aid tələbatların mütəmadi öyrənilməsini, adekvat perspektivli ixtisasların müəyyən olunmasını təşkil etmək |
ETN |
RİNN, XRİTDX, DTX, ƏƏSMN |
mütəmadi |
Sahə üzrə daim artan tələbatların müəyyənləşdirilməsi |
Yeni kompetensiyaların (bilik, bacarıq və səriştə) siyahısının və mövcud çatışmazlıqlar üzrə priortitetlərin müəyyənləşdirilməsi |
Yeni kompetensiyalara (bilik, bacarıq və səriştə) uyğun ixtisasların müəyyən edilməsi və təkliflər verilməsi |
8.6.2.2. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə kompetensiyalar (bilik, bacarıq və səriştə)və ixtisaslar üçün zəruri olan kvalifikasiyaya aid tələbatların, ixtisas növləri, təhsil pillələri üzrə müvafiq tədris və təlim, habelə ixtisasartırma proqramlarının müəyyən edilməsi, bu proqramların texnologiyaların inkişaf istiqamətlərinə uyğun perspektivli olması və səmərəsinin davamlı yüksəldilməsi üçün tövsiyə, təklif və təşkilati dəstək vermək |
NK |
ETN, RİNN, XRİTDX, DTX, ƏƏSMN |
mütəmadi |
Sahə üzrə tədrisin texnoloji yeniliklərə və tələblərə uyğunluğunun ölçülməsi |
Ölçü nəticəsində müəyyən edilən çatışmazlıqlar üzrə prioritetlərin müəyyənləşdirilməsi |
Tədrisin texnoloji yeniliklərə və tələblərə uyğunluğunun davamlı təmin edilməsi üçün təkmilləşdirmə işlərinin həyata keçirilməsi |
8.6.3. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə kadr hazırlığının və ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsi |
|
|
|
|
|
|
8.6.3.1. Dövlət orqanlarında (qurumlarında) informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatının planlaşdırılması ilə bağlı təkliflər hazırlamaq |
DTX |
XRİTDX, ƏƏSMN, DİM, RİNN, ETN, MN |
2024 |
Qurumlardan sahə üzrə kadr ehtiyacları haqqında məlumatların toplanması
|
Kadr təminatı üçün planlı yanaşmanın tətbiqinin araşdırılması |
İxtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatı ilə bağlı təkliflərin hazırlanması |
8.6.3.2. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin əməyinin stimullaşdırılması üçün təkliflər vermək |
XRİTDX |
RİNN, MN, ƏƏSMN, DTX, ETN |
2023-2024 |
Sahə üzrə əməyin qiymətləndirilməsinin özəl və dövlət qurumlarında müqayisəli təhlilinin aparılması |
Qurumlarda sahə üzrə əməyin stimullaşdırılması üçün müvafiq mexanizmlərin hazırlanması |
İxtisaslı kadrların əməyinin stimullaşdırılması |
8.6.4. İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığında təhsil müəssisələri ilə dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi |
|
|
|
|
|
|
8.6.4.1. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin tədris prosesinə cəlb olunması və tələbələrin təcrübə keçmələrinə şərait yaradılmasını təmin etmək |
ETN |
RİNN, DTX, XRİTDX, MN |
mütəmadi |
Sahə üzrə təcrübə imkanlarının araşdırılması |
Təcrübə proqramları üçün əməkdaşlığın qurulması |
Mütəxəssislərin tədris prosesinə cəlbi və təcrübə imkanlarının genişləndirilməsi |
8.6.4.2. Xarici ölkələrin qabaqcıl universitetlərində, elmi mərkəzlərində informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə ölkə üçün mütəxəssis hazırlığına dəstək vermək |
ETN |
RİNN, DTX |
mütəmadi |
Xaricdə təhsilin müvafiq sahələrinin araşdırıl-ması |
Mütəxəssis hazırlığı ilə bağlı müvafiq proqramların seçilərək təşviq edilməsi |
Xaricdə sahə üzrə mütəxəssis hazırlığına dəstək verilməsi |
8.6.4.3. İnformasiya təhlükəsizliyi sahəsində kadr hazırlığını təmin edən təhsil müəssisələri ilə, eləcə də informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq və yerli şirkətlərlə birgə laboratoriyalar formalaşdırmaq |
İN |
DTX, ETN, RİNN, XRİTDX, XİN |
2023-2027 |
Sahə üzrə tələblər nəzərə alınmaqla təkliflər hazırlanması |
Beynəlxalq və yerli şirkətlərin təkliflərə uyğun laboratoriyaların formalaşdırılmasına cəlb edilməsi |
Müvafiq laboratoriyaların formalaşdırılması |
8.6.4.4. İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşan yeniyetmə və gənclərə hüquqi və texniki yardım göstərilməsi, istedadlı şəxslərə dəstək verilməsi ilə bağlı tədbirlər görmək |
RİNN |
DTX, ETN, XRİTDX |
mütəmadi |
Sahə üzrə biliklər bazasının toplanması |
Prioritetlərin seçilməsi |
Müvafiq onlayn maarifləndirmə, məsləhət xidmətlərinin formalaşdırılması, dəstək verilməsi işlərinin həyata keçirilməsi |
8.7. Prioritet 7. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində normativ bazanın təkmilləşdirilməsi |
||||||
8.7.1. Fərdi məlumatların işlənməsi və mühafizəsi sahəsində normativ hüquqi bazanın beynəlxalq təcrübə əsas götürülməklə təkmilləşdirilməsi |
NK |
RİNN, DTX, XRİTDX, DİN, ƏN |
mütəmadi |
Sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi |
Müvafiq təkliflərin təqdim olunması |
Müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi |
8.7.2. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qabaqcıl beynəlxalq hüquqi və texniki normativ alətləri, praktiki tövsiyələri təşviq etmək, milli standartların davamlı təkmilləşdirilməsinə dəstək vermək |
RİNN |
DTX, XRİTDX, ETN İN |
mütəmadi |
Ölkədə beynəlxalq standartların tətbiq olunması, milli standartların aktuallıq vəziyyətlərinin, problemlərin və tələbatların mütəmadi araşdırılması |
Ölkədə beynəlxalq standartların tətbiqinə, milli standartlar bazasının genişlənməsinə aid təkliflər verilməsi
|
Təşkilati və metodiki tövsiyələrin verilməsi, icmalın dərc olunması |
8.8. Prioritet 8. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsi |
||||||
8.8.1. Cəmiyyətdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyəti üzrə zəruri biliklərin, bacarıqların artırılmasına və təbliğinə dəstək verilməsi |
|
|
|
|
|
|
8.8.1.1. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərinin keçirilməsini təşkil etmək, o cümlədən bu barədə televiziya proqramları, videoçarxlar hazırlamaq və nümayiş etdirmək, informasiya təhlükəsizliyi və kibercinayətkarlığa qarşı ictimai mübarizə üsulları və bu üsullardan istifadə barədə cəmiyyətin, fərdlərin bilik səviyyəsini yüksəltmək |
RİNN |
ETN, DTX, XRİTDX |
mütəmadi |
Maariflənirmə tədbirlərinin qiymətləndirilməsi |
Maarifləndirmə tədbirlərinin intensivləşdirilməsi |
Müvafiq sahədə zəruri bilik və bacarıqların səviyyəsinin yüksəldilməsi |
8.8.1.2. Dövlət orqanlarında (qurumlarında), özəl təşkilatlarda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq – kibergigiyenanı təmin etmək məqsədilə tədbirlər görmək |
XRİTDX |
RINN, DİM, VXSİDA |
2023-2027 |
Nümunəvi kibergigiyena pilot layihəsinin həyata keçirilməsi |
Kibergigi-yenanın əməkdaş-lar üçün əhəmiyyə-tinin təşviq olunması |
Dövlət orqanlarında (qurumlarında), özəl sektorda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və kibergigiyenanın təmin edilməsi |
8.8.2. Uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsinə təşkilati dəstək verilməsi |
|
|
|
|
|
|
8.8.2.1. Ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması üçün tədbirlər təşkil etmək |
AQUPDK |
RİNN, ETN, DİN, DTX |
mütəmadi |
Maarifləndirmə tədbirlərinin hazırlanması |
Maarifləndirmə tədbirlərinin həyata keçirilməsi |
Maarifləndirmə tədbirlərinin intensivləşdirilməsi |
8.8.2.2. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə milli onlayn məlumatlandırma mərkəzinin yaradılmasını, həmin mərkəzin beynəlxalq şəbəkələrə inteqrasiyasını təmin etmək |
AQUPDK |
RİNN, ETN |
mütəmadi |
Milli onlayn məlumatlandırma mərkəzinin yaradılması |
Milli onlayn məlumatlandırma mərkəzinin fəaliyyətinin təşviq olunması, beynəlxalq şəbəkələrə inteqrasiyasının təmin edilməsi |
Uşaqların zərərli informasiyadan qorunmasının təmin edilməsi |
8.8.2.3. Təhsilin bütün səviyyələrində kibertəhlükəsizlik üzrə təhsil modulları hazırlamaq, eləcə də internetdə təhlükələr barədə materialları tədris resurslarına daxil etmək |
ETN |
RİNN, DTX |
mütəmadi |
Təhsilin bütün səviyyələrinə uyğun sahə üzrə materialların yaradılması |
Yaradılmış materialların tədris resurslarına daxil edilməsi |
Bu materialların mütəmadi yenilənməsinin həyata keçirilməsi |
8.9. Prioritet 9. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə ölkədaxili və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi |
||||||
8.9.1. Dövlət orqanları (qurumları), özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi |
|
|
|
|
|
|
8.9.1.1. İnformasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması, o cümlədən insidentlərə qarşı tədbirlər görülməsi üçün dövlət orqanları (qurumları), özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq formalarını müəyyən etmək və onların hüquqi əsasını yaratmaq |
XRİTDX |
RİNN, DTX, DİN |
2023-2024 |
Əməkdaşlığın müxtəlif formalarının effektivliyinin araşdırılması |
Uyğun əməkdaşlıq formalarının seçilməsi |
Əməkdaşlığın hüquqi əsasının yaradılması |
8.9.1.2. Təhdidləri qiymətləndirmə və həlli yollarını müəyyənetmə sahəsində dövlət–özəl koordinasiya və məsləhətləşmə platformalarını yaratmaq və onların inkişafına dəstək vermək |
RİNN |
DTX, DİN |
2023-2024 |
Sahə üzrə müxtəlif koordinasiya və məsləhətləşmə platformalarının yaradılması |
Müxtəlif mövzuların bu platformalarda müzakirələrə çıxarılması |
Platformaların effektivliyinin ölçülməsi, inkişafına dəstək verilməsi |
8.9.1.3. Ölkə səviyyəsində kibertəhlükəsizliklə bağlı (təhdidlər, boşluqlar, risklər və s. barədə) informasiya mübadiləsi və qarşılıqlı əməkdaşlıq sahəsində əlaqələndirməni həyata keçirmək, təhdidlərə və hücumlara qarşı erkən xəbərdarlıq, cavabvermə imkanlarını formalaşdırmaq |
RİNN |
DTX, DİN, XRİTDX |
müntəzəm |
Təhdidlər, boşluqlar, risklər və s. məlumatların əldə edilməsi və toplanmasının təşkili |
Əldə edilən məlumatların bölüşdürülməsi və erkən xəbərvermə mexanizmlərinin yaradılması |
Mexanizmlərin avtomatlaşdırılması imkanlarının genişləndirilməsi |
8.9.1.4. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən qabaqcıl onlayn təlim-tədris platformaları ilə əməkdaşlıq əlaqələri qurmaq |
RİNN |
XRİTDX, ETN, DİM |
mütəmadi |
Əməkdaşlığın müxtəlif formalarının effektivliyinin araşdırılması |
Pilot layihələrin həyata keçirilməsi |
Uğurlu layihələr üzrə əməkdaşlığın davam etdirilməsi |
8.9.2. İnformasiya təhlükəsizliyini idarəetmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi |
|
|
|
|
|
|
8.9.2.1. Kibercinayətkarlığa qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlığı genişləndirmək, qabaqcıl təcrübənin mənimsənilməsini və bölüşdürülməsini təmin etmək |
DTX |
DİN, ƏN, RİNN, XRİTDX |
mütəmadi |
Qabaqcıl təcrübənin və yeniliklərin mənimsənilməsi |
Kibercinayətkarlığa qarşı mübarizə təcrübəsinin bölüşdürülməsi |
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi |
8.9.2.2. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə beynəlxalq təlimlərdə, ekspert görüşlərində və müxtəlif tədbirlərdə mütəxəssislərin iştirakına təşkilati dəstək vermək |
RİNN |
XRİTDX, MN, DTX, ETN, MB, XKX |
mütəmadi |
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə mütəxəssislərlə davamlı əlaqə yaradılması |
Qabaqcıl təcrübəyə əsaslanan təlimlərin və görüşlərin kataloqunun yaradılması |
Sahə üzrə mütəxəssislərin iştirakına təşkilati dəstək verilməsi |
8.9.2.3. İnformasiya təhlükəsizliyi subyektləri, o cümlədən Milli CERT və digər CERT-lər səviyyəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini, kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübənin öyrənilməsini təşkil etmək |
RİNN |
XRİTDX, ETN, DTX, MB |
mütəmadi |
Beynəlxalq CERT mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi |
Beynəlxalq CERT mərkəzlərinə üzvlüyün təmin edilməsi |
Beynəlxalq fəaliyyətdə qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsinin gücləndirilməsi |
8.9.2.4. Əhalinin fərdi məlumatlar sahəsində hüquqlarının qorunması üçün beynəlxalq miqyaslı operatorlarla (kontentdaşıyıcılarla) əlaqələr yaratmaq |
RİNN |
XİN |
mütəmadi |
Əhalinin fərdi məlumatlar sahəsində hüquqlarınınqorunması üçün beynəlxalq miqyaslı operatorların dairəsinin müəyyənləşdirilməsi
|
Bu sistemlər üzrə cavabdeh şəxslərin müəyyənləşdirilməsinin təmin edilməsi
|
Beynəlxalq miqyaslı operatorlarla əlaqələrin yaradılması |