Xəbərlər
2024-cü ilin 17 dekabr tarixində İnformasiya Təhlükəsizliyi ...
Daha çox2024-cü ilin 6 may tarixində Milli Məclisin inzibati binasın...
Daha çox2024-cü il mayın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik ...
Daha çoxDövlət orqanlarının, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə çox mühüm bir vasitədir
HEYDƏR ƏLİYEVİnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təşkil edir.
Fəaliyyət istiqamətləri
- Komissiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə təhdidləri qiymətləndirir;
- Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, təsirləri və vura biləcəyi zərər ilə bağlı mütəmadi təhlillər aparır;
- müvafiq sahədə təkliflər hazırlayır;
- Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət qurumlarının fəaliyyətini əlaqələndirir, birgə tədbirlər planlaşdırır və onların həyata keçirilməsini təmin edir;
- müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiq olunması sahəsində əlaqələndirmə işlərini təşkil edir;
- milli potensialın genişləndirilməsi işlərinin koordinasiyasını təmin edir.
İTKK Monitorinq
56
Tədbirlərin sayı
23
İcraçı qurumların sayı
Bizə olan müraciətinizi əlaqə bölməsindən məktub yazaraq bildirə bilərsiz.